Rusiyanın Voronej vilayətində diasporlar arasında 9 may Qələbə günü münasi-bətilə futbol yarışı keçirilib. Müxtəlif xalqları təmsil edən diasporlar arasında keçirilən futbol yarışında azərbaycanlılardan ibarət komanda Kuboku qazanıb. Voronejdən Azərbaycan diasporunun rəhbəri Mehti Mehtiyevin verdiyi məlumata görə yarışın keçirilməsində məqsəd müharibə qurbanlarının xatirəsini yad etmək, qələbə gününün ümumbəşəri əhəmiyyətini cəmiyyətə çatdırmaq olub. O qeyd edib ki, azərbaycanlılar Voronejdə digər xalqlarla dostluq şəraitində yaşayırlar və yerli cəmiyyətə yaxından inteqrasiya ediblər. Ona görə də həm milli məsələlərdə, həm də yerli əhəmiyyətli məsələlərdə soydaşlarımız xüsusi fəallıq göstərir.