Monteneqro mətbuatı II Dünya müharibəsində döyüşən azərbaycanlılardan yazıb

Monteneqronun aparıcı xəbər portalın “Avlija” azərbaycanlılardan ibarət 223-cü diviziyanın II Dünya müharibəsi zamanı keçdiyi şərəfli döyüş yolundan, Belqrad şəhərinin azad olunması uğrunda göstərdiyi şücaətdən bəhs edən məqalə dərc edib.

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşəbbüsü ilə ərsəyə gələn yazıda Vətənimizin faşizm üzərində qələbənin əldə olunması naminə verdiyi töhfələrdən də söz açılıb.

Məqalədə Avropa, o cümlədən Balkan bölgəsində qəhrəmancasına döyüşmüş azərbaycanlı qəhrəmanların adları xüsusi olaraq qeyd edilib. Göstərdiyi qəhrəmanlıqlara görə “Qırmızı bayraq” ordeni ilə təltif olunan bu diviziyaya “Belqrad diviziyası” adı verildiyi də yada salınıb.

Qeyd edək ki, məqalədə 223-cü diviziyanın 1041-ci polkunun əfsanəvi komandiri Baxış Mehdiyevin 2012-ci ildə serb dilinə tərcümə edilmiş kitabından da istifadə olunub.

https://www.avlija.me/sjecanja/vise-od-1000-azerbejdzanskih-vojnika-je-poginulo-u-oslobodjenju-beograda-u-drugom-svjetskom-ratu