Avropa Azərbaycanlıları Kongresi (AAK) erməni irqçi və hərbi cinayətkar Qaregin Njdeyə Bolqarıstanda abidə ucaldılmasına etirazını bildirib. AAK bununla bağlı Bolqarıstan prezidenti Rumen Radevə, parlamentin spikeri Tsveta Karayançevaya və bas nazir Boyko Borisova məktub ünvanlayıb.
Məktubda deyilir ki, kiril əlifbasının təbliğinə xidmət edən bir parkda Q.Njde kimi çinayətkara abidə qoyulması ümumdünya mədəni irsinin dəyəri sayılan bu əlifbaya və həmin qrafikada yazib-yaradan şəxslərə böyük hörmətsizlikdir: "Erməni irqçisi və tseqakron nəzəriyyəsinin banisi olan Q.Njde 1918 - 1922-ci illərdə Zəngəzur mahalında azərbaycanlılara qarsı kütləvi qırğının təskilatçısı olmus, II Dünya müharibəsində faşistlərlə əməkdaşlıq etmiş və "erməni legionu" yaratmışdır. Njde Qafqazda, Krımda və Fransada faşizmə qarşı müqavimət hərəkatının üzvlərini amansızcasına qətlə yetirmiş ve sonradan təqsirli bilinərək həbs edilmisdir".
AAK Bolqarıstan hakimiyyətinin diqqətini Njdenin faşist kimliyinə yönəldərək, bu təşəbbüsün qarsısının alınmasını xahiş edib.