Aprelin 28-də Niderlandın Rotterdam şəhərində Mikayıl Müşfiq poeziyasına həsr olunmuş “Sevgim mübarizə, sevgilim həyat” adli ədəbi-bədii gecə kecirilib.
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) nəzdində fəaliyyət göstərən Şimali Hollandiya Azərbaycanliları Ittifaqının təşəbbüsü ilə baş tutan tədbirdə diaspor təşkilatlarının üzvləri, AAK və Koordinasiya Şurasının rəhbərləri də iştirak ediblər.
Gecədə şairin həyat və yaradıcılıgından danışılıb, şeirlərinə yazılmış musiqilər səslənib.
Niderlandda yaşayan istedadlı rəssam Rasim Hüseynovun məhz bu tədbir ücün cəkdiyi Mikayıl Müşfiqin əzəmətli portreti gecənin kecirildiyi zala xüsusi gözəllik verib. Tədbir zamanı şairin secilmiş əsərləri, Dilbər Axundzadənin “Muşfiqli günlərim” kitabı və Azərbaycan klassiklərinin əsərlərindən ibarət guşə də təşkil edilib.