Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə təşkil edilən “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları, artıq Şəkidədir. Soydaşlarımız qədim Şəki torpağında duz-çörək və milli rəqslərlə qarşılanıb.
Məlumat üçün qeyd edək ki, I Yay düşərgəsində 37 ölkədən 140 gənc iştirak edir. Gün ərzində iştirakçıların Düşərgəyə gəlişi davam edəcəkdir. Avqust ayının 24-də isə Diaspor Gənclərinin I Yay Düşərgəsinin rəsmi açılışı olacaqdır.