Avropa Azərbaycanlıları Kongresi (AAK) Fransa Prezidenti Emmanuel Makrona etiraz bəyanatı ilə müraciət edib. Buna səbəb E.Makronun “erməni soyqırımı” kəlməsi işlətməsi və 24 apreli Fransada Anım Günü elan etməsidir.
AAK bəyan edib ki, E.Makronun “erməni soyqırımı”nı Anim Günü elan etməsini şiddətlə qınayır və bunu absurd hesab edir. Çünki soyqırım ittihamının heç bir hüquqi əsası yoxdur, tarixi həqiqətlərə ziddir və siyasi uydurmadır.
AAK Fransa Prezidentindən qondarma erməni soyqırımını deyil, 27 il öncə ermənilərin Azərbaycana qarşı törətdikləri Xocalı soyqırımının müzakirə etməyi tələb edib. AAK hesab edir ki, ermənipərəst mövqe tutmaq əvəzinə, Fransa Minsk Qrupundakı missiyasını tam yerinə yetirməli, Ermənistandan öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmağı tələb etməlidir.
AAK-ın bəyanatı Fransa Prezidentinin administraiyasina, Avropa Parlamentinin, Avropa Komissiyasının rəhbərliyinə, Fransanin Beneluks ölkələrindəki səfirliklərinə gondərilib.