Moskvada Azərbaycan diaspor təşkilatları rəhbərlərinin və təmsilçilərinin iştirakı ilə Rusiya Azərbaycanlılarının I Forumu işə başlayıb. Forumda həmçinin Rusiyanın elmi və siyasi elitasına daxil olan alimlər, hüquqşünaslar, iş adamları da iştirak edib.
2018-ci il seçkisində prezidentliyə namizəd olmuş, Rusiya Dövlət Dumasının 6-cı çağırış deputatı, “Çestno” Partiyasının sədri
Roman İvanoviç Xudyakov Rusiya azərbaycanlılarının ölkə həyatındakı önəmindən danışıb.
Rusiyada yaşayan azərbaycanlı alimlər və müxtəlif diaspor təşkilatlarının rəhbərləri soydaşlarımızı Rusiyanın ictimai-siyasi həyatında daha fəal olmağa, ölkədə tolerantlıq və yüksək mədəniyyət sahibi olan soydaşlarımızın maraqlarını daha güclü şəkildə qorumağa çağırıblar.
Qərara alınıb ki, 3 ay ərzində Rusiya qanunvericiliyinə uyğun olaraq hazırlıq işləri keçirilsin, Nizamnamə hazırlansın və qurultay təyin olunsun. Nizamnamənin bəndlərinin təsisçi təşkilatların hüquqşünaslarının müzakirə etməsi təklifi qəbul edilib.
İdarə Heyətinə Fizuli Məmmədov, Tofiq Rzayev, Mirkazım, Elşən Əliyev, Akil Mikaylov, Mais Cəfərov, Aydın Mehtiyev, Zahid Qocayev, Əli Kazımovun namizədliyi irəli sürülüb.
Daha sonra Rusiya Azərbaycanlıları İtifaqının prezidentliyinə namizədlər irəli sürülüb. Ceyhun Əliyev bu posta Dünya Azərbaycanlıları İtitfaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun namizədliyini irəli sürüb. Təklif yekdilliklə qəbul olunub.
Səsvermə ilə təklif olunan struktur qəbul olunub. Fizuli Məmmədov yekdilliklə Rusiya Azərbaycanlıları İttifaqının prezidenti seçilib.