Aprelin 12-də Dərbənd şəhərindəki Dünya İqtisadiyyatı İnstitutunun akt zalında “Dağıstan-Azərbaycan” Dostluq, Mədəni, İqtisadi və İctimai Əlaqələrə dəstək cəmiyyəti” Dağistan regional ictimai təşkilatının (DRİT) ilk toplantısı keçirilib.
Təşkilatın İdarə Heyətinin sədri vəzifəsinə Tacəddin Sultanov seçilib.
İclas iştirakçıları qeyd ediblər ki, rəsmi status alması “Dağıstan-Azərbaycan” DRİT fəallarının işinə yeni impuls verəcək, Dağıstan və Azərbaycan xalqları arasında milli adət və ənənələrin, mənəvi dəyərlərin, tolerantlıq ideyalarının, qarşılıqlı anlaşmanın mohkəmlənməsinə xidmət edəcək,
Qeyd edək ki, təşkilat 10 aprel 2019-cu ildə rəsmi qeydiyyatdan keçib.