Krasnoyarsk Deputatlar Şurasının millət vəkili, “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Taleh Mahmudov Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə fəxri fərmana layiq görülüb.
Həmyerlimiz əmək nailiyyətlərinə, aktiv ictimai fəaliyyətinə və çoxillik vicdanlı işinə görə mükafatlandırılıb.
Sərəncam Rusiyanın hüquqi informasiya üzrə dövlət sisteminin rəsmi saytında dərc olunub.
Xatırladaq ki, Taleh Mahmudov 1961-ci ildə Ağsu rayonunda anadan olub. Krasnoyarsk Dövlət İnşaat Mühəndisliyi İnstitutunda ali təhsil alıb. O, 30 ildən artıqdır Krasnoyarsk şəhərində yaşayır.