Fevralın 23-də ABŞ-ın Bruklin şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. SK Akademiyasının təşkilatçılığı, Azzem Beynəlxalq Fondu və Bruklin Bakı Dostluq Assosiasiyasının dəstəyilə "Xocalıları heç vaxt unutma!" tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Bruklin Bakı Dostluq Assosiasiyasının prezidenti Marietta Rozental bildirib ki, bu faciə Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. O, ABŞ-ın bir neçə ştatının Xocalı faciəsinə hüquqi-siyasi qiymət verərək, onu soyqırım kimi tanıdığını vurğulayıb.
Daha sonra Akademiyanın müəllimi Dürdanə Seyidova Xocalı faciəsi barədə ətraflı məlumat verərək, bu qətliamın bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu gənc uşaqların diqqətinə çatdırıb. Akademiyada təhsil alan uşaqlar faciə qurbanlarına həsr etdikləri rəsmləri nümayiş etdiriblər və onların xatirəsinə şamlar yandırıblar.