Aprelin 5-də Qazaxıstan Parlamentinin Məclisinin bir qrup deputatı Nur-Sultan şəhərindəki Dostluq evində olub. Məqsəd – mərkəzdəki sənət yaradıcılığı və “Analar əmanəti” sərgisilə, eləcə də Qazaxıstan xalqları Assambleyasının etnik mədəniyyət mərkəzlərinin təmsilçilərilə tanışlıq xarakteri daşıyıb.
Sərgi Qazaxıstan xalqının mədəni dəyərlərinin və ənənələrinin intibahı və inkişafı məqsədilə açılıb. “Analar əmanəti” sərgisi çərçivəsində təşkil olunmuş eyniadlı ekspozisiya ilə tanış olan deputatlar dəyirmi masa zamanı öz təəssüratlarını bölüşərək, göstərdiyi fəaliyyətə görə Qazaxıstan xalqları Assambleyasına minnətdarlıqlarını bildiriblər.
Qazaxıstan Parlamentinin Məclisinin deputatı Əhməd Muradov qeyd edib ki, etnos mədəniyyətlərinin bənzərliyi həm bütövlükdə cəmiyyəti birləşdirir, həm də sabitliyin, sülhün, həmrəyliyin rəhnidir.
Qazaxıstan Parlamentinin Məclisinin VI çağırış üzrə deputatı Məhərrəm Məhərrəmov bildirib ki, sərgi çox gözəl alınıb: “Coğrafiyanı genişləndirmək lazımdır. Gənclərin Qazaxıstanda yaşayan xalqların tarixini öyrənməsi, gənc nəslə bu dəyərləri aşılamaq məqsədilə regionlarda səyyar sərgilər keçirmək lazımdır”.
Deputatlar Qazaxıstan xalqları Assambleyasının Dostluq evindəki Azərbaycan etnik mədəniyyət mərkəzinə də baş çəkiblər.