Martın 18-də İsrailin Afula şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Novruz bayramı keçirilib.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman bütün qonaqları bayram münasibətilə təbrik edib. O, Novruz bayramının tarixindən, onun müxtəlif ölkələrdə necə qeyd olunmasından danışıb və bu ənənəni İsraildə qoruyub saxladıqlarına görə əslən Azərbaycandan olan insanlara minnətdarlığını bildirib.
Afula bələdiyyəsinin idarə rəisi İnna Okun bütün toplaşanları bayram münasibətilə təbrik edib və Azərbaycan Mədəniyyət Mərkəzinin bu şəhərdəki uğurlu fəaliyyətini xüsusilə qeyd edib.