Martın 24-də ABŞ-ın Virciniya ştatının Feyrfaks (Fairfax) şəhərində Novruz şənliyi keçirilib. Tədbir Amerika Azərbaycanlı Qadınları Assosiasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə baş tutub. Tədbirdə Vaşinqton, Virciniya və Merilənd ştatlarında yaşayan 150-yə yaxın azərbaycanlı iştirak edib.
Tədbirin təşkilatçıları bildiriblər ki, məhz milli ənənələrin unudulmaması, onların qorunub saxlanılması məqsədilə Novruz bayramı hər il qeyd edilir. Məqsəd Amerikada yaşayan Azərbaycan qadınlarını bir araya gətirərək, Azərbaycan və Amerika mədəniyyətlərini bir-birinə tanıtmaq, Amerikada dünyaya gələn azərbaycanlı uşaqlara mədəniyyəti ötürməkdir.
Elə budəfəki tədbirin aparıcıları da yeniyetmə azərbaycanlılar olublar. Feyrfaksda yerləşən Azərbaycan məktəbinin şagirdləri maraqlı nömrələrlə qonaqlar qarşısında çıxış ediblər.
Qeyd edək ki, Feyrfaks şəhərində 6 ildir ki, Novruz bayramı keçırılır.