Müstəqil Azərbaycan Respublikası bütün dünyada yaşayan azərbaycanlıların hüquqi və sosial müdafiəsinə təminat verir, onlara hamilik edir. Azərbaycanlıların yaşadıqları ölkələrdə rahat həyat tərzinin təmin edilməsi, soydaşlarımızın problemlərinin operativ həlli Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Qeyd edilən məsələlər daim dövlətimizin diqqət mərkəzindədir və bu istiqamətdə davamlı işlər görülməkdədir. Həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi, Türkiyə Respublikasında yaşayan azərbaycanlıların da problemlərinin həlli istiqamətində müvafiq addımlar atılmaqdadır. Bu işlərin davamı kimi, 1990-cı illərdə Azərbaycan Respublikasından Türkiyə Respublikasına köçən və hazırda Türkiyə ərazisində müvafiq sənədləri olmadan yaşayan azərbaycanlılar şəxsiyyətlərini təsdiq edən sənədləri əldə etmək üçün aşağıdakı linkə daxil olub, qeydiyyatdan keçə bilərlər: http://www.bpqmi.gov.az/?/az/requestdoc/
Əlavə suallar yarandıqda, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:
Email: azmigrasiya1990@gmail.com
Tel.: +99450-761-30-39
WhatsApp: +99450-761-30-39