Dövlət Komitəsi soydaşlarımızı paralimpiyaçılarımıza dəstək olmağa çağırır

Dünyanın bir çöx ölkələrində soydaşlarımız müxtəlif formatlı tədbirlər təşkil edir, həmçinin Azərbaycanla bağlı tədbirlərdə fəal iştirak edirlər. Tədbirlərin keçirildiyi məkanlarda soydaşlarımız ölkəmizi təmsil edən iştirakçılara mənəvi dəstək olurlar. O cümlədən, idman yarışlarında da həmvətənlərimizin mənəvi dəstəyi idmançılarımıza güc verir, onların qələbəsini təşviq edir. Xüsusilə, paralimpiya yarışlarında ölkəmizin təmsilçilərinə dəstək olmaq çox vacibdir.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən verilən məlumata görə bır sıra xarici ölkələrdə müxtəlif vaxtlarda idman yarışları keçirilir.
Diasporla İş üzrə Dövlət Komitəsi olaraq soydaşlarımızı yarışlarda fəal iştirak etməyə, idmançılarımıza mənəvi dəstək olmağa çağırırıq.
Əziz həmvətənlər, paralimpiyaçılarımızı meydanlarda tək qoymayacağınıza ümid edərək, yarışların yeri və tarixi haqqında məlumatları təqdim edirik.

 

Yarışın adı

Keçiriləcəyi ölkə və şəhər

Ünvan

Tarix

Dünya kuboku

Macarıstan, Eger şəhəri

Sports Hall of Hotel Eger & Park (Powerlifting)

25-28 aprel

Dünya kuboku

Birləşmiş Krallıq, Qlazqo şəhəri

350 Wellshot Rd, Glasgow G32 7QR, UK
Tollcross International Swimming Centre

25-28 aprel