Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Baku-Nürnberg” Mədəniyyət və Təhsil Mərkəzinin rəhbəri Yaşar Musayev Almaniyada nəşr olunan "Züdhürünger kuryer" ("Cənubi Türingiya kuryeri") jurnalına geniş müsahibə verib.
Müsahibədə, əsasən, Avropada azərbaycanlıların koordinasiya şuralarının
yaranması, həmin şuraların əhəmiyyəti, dünya azərbaycanlılarının
təşkilatlanması, əlaqələndiricilərin məsuliyyəti və s məsələlər yer alıb.