Aprelin 3-də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasının üzvlərilə görüşüb.
Tədbirdə Assosiasiyanın sədri Rövşən Əliyev, 12 nəfər fiziki problemli soydaşımız, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili iştirak ediblər.
F.Muradov Dövlət Komitəsinin adından Assosiasiyaya 20 əlil arabası təqdim edib.