Nyu-Yorkun Bruklin əyalətində Beynəlxalq Dostluq Günü təntənəli şəkildə qeyd edilib.
Beynəlxalq Dostluq Günü dünyanın müxtəlif ölkələrində keçirilir, sülhü, birliyi və mədəni əməkdaşlığı qorumaq, inkişaf etdirmək üçün çağırışlar edilir.
Bruklin Baku Dostluq Assosiasiyasının prezidenti Marietta Rozental, AZZEM-in prezidenti Oleq Mövsümov və onun xanım Elina Xanukova bu mühüm tədbirdə Azərbaycanı təmsil ediblər. Azərbaycan diasporunun nümayəndələri bayrağımızı onlarla ölkənin bayrağı sırasında dalğalandırıblar.
Xüsusi paraddan sonra tədbir çıxışlarla və mədəniyyət proqramı ilə davam edib.