Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov hüquq elmləri üzrə elmlər doktoru elmi dərəsəci alıb. Hüquq elmləri doktoru diplomunu həmyerlimizə Ukrayna Milli Elmlər Akademiyasının V.M.Korotskiy adına Dövlət və Hüquq İnstitutunun direktoru, akademik Y.S.Şemşuçenko təqdim edib.
Hikmət Cavadov 2012-ci ildən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri kimi aktiv ictimai fəaliyyətlə məşğuldur.
O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.