Ukraynanın paytaxtı Kiyev şəhərində Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK), Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) və Kiyev Azərbaycanlıları Konqresinin (KAK) birgə təşkilatçılığı ilə təntənəli Novruz bayramı qeyd olunub.
Bayram şənliyində milli geyimli qızlar və oğlanlar yallı gedib, Ukraynanın xalq artisti Qurban Abbasov milli mahnılarımızı ifa edib.
BUAK sədri Rövşən Tağıyev, UABD sədri Hikmət Cavadov, KAK sədri Oleq Krapivin və çıxış edən digər diaspor nümayəndələri xalqımızı, Ukraynada yaşayan bütün soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik ediblər.