Avropa Parlamentində "Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası" və "Tufenkiyan" Fondunun təşkilatçılığı ilə "Ermənifobiya: tarixi inkişaf yolu və müasir oyanış" mövzusunda konfrans keçirilib. 3 saata qədər davam edən və müxtəlif millətlərin nümayəndələrinin iştirak etdiyi konfransda azərbaycanlı tələbələrin sualları erməni siyasətçilərini susmağa məcbur edib. Xüsusilə, həmvətənimiz Qasım İbrahimovun “Siz “ermənifobiya” haqqında danışırsız, amma Ermənistanda uşaqlar türklərə və azərbaycanlılara qarşı nifrətlə böyüdülür. 27 il əvvəl sizin silahlı qüvvələriniz tərəfindən törədilən zorakılıqları unutmusunuz, buna baxmayaraq 100 il əvvəlki qondarma hadisəni "erməni soyqırımı" adı ilə dünyaya sırımağa çalışırsınız. Bu cür siyasət "fobiya" məsələsini qızışdırır, lakin "türkofobiya"nı. Sizcə bu, "ermənifobiya"nın əsl səbəblərindən biri ola bilərmi? sualı erməniləri çaşdırıb və iştirakçılara ermənilərin yalan danışdığını bir daha sübut edib.