Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin qadın qolları 8 Mart Beynəlxalq Qadınlar bayramını qeyd edib. Mərasimə azərbaycanlı, türk və hollandiyalı xanımlar dəvət olunub. Qadınlar olduqca maraqlı proqram təşkil ediblər.
Dərnəyin qadın qollarına məsul olan Fidan Rəhimovanın çıxışından sitat: “Biz bu gün təkcə bayramı qeyd etmirik, həm də birlik və bərabərlik nümayiş etdiririk. Bizim birliyimiz bundan sonra da davam edəcək”.
Tədbirin təşkilatçıları bütün qadınları təbrik edib, onlara işlərində uğurlar arzu ediblər.