Azərbaycan-Niderland Odlar Yurdu cəmiyyətinin sədri Firəngiz Bağırova Xocalı soyqırımı ilə əlaqədar Niderland mediasına müraciət ünvanlayıb. Müraciətin mətnini olduğu kimi dərc edirik:
Hörmətli Niderland Televiziyasının və digər media qurumlarının təmsilçiləri!
Sizə yazdiğım bu müraciət əsasında 25-26 fevral 1992-ci il tarixdə Azərbaycanın Xocalı şəhərində baş verən soyqırıma biganə qalmamağınızı xahiş edirəm.
Hamınızın bildiyi kimi, artıq 30 ildir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü Ermənistan Respublikası tərəfindən pozulur. 27 il bundan öncə Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli soyqırım törədilib.
O müdhiş gecədən düz 27 il keçir. O gecə 613 insan öldürülüb, onların 70-i goca, 106-ı qadın və 63-ü uşaq olub. 1275 insan itkin düşüb və ya qirov götürülüb, onların yaşayıb-yaşamadıqları haqda heç bir xəbər yoxdur. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.
Bu soyqırımı törədənlər nə zaman məsuliyyət daşıyacaqlar? Bunlar öz ərazilərini genişləndirmək ücün günahsız insanların, uşaqların həyatlarını itirmələrinə səbəb olublar.
Bu uzaq bir zamanın soyqırımı deyil, bunu biz kitablardan oxumamışıq, bunun şahidi olmuşuq.
Soyqırımı törədənlər yaşayırlar və onlar bəlkə də sizin qonşunuzdurlar. İnanıram ki, buna biganə qalmazsınız. İnanıram ki, Xocalıya ədalət baş tutacaq və siz də bizim yanımızda olacaqsınız. Amma, çox insan bu faciəni tanımır və sizdən xahişim odur ki, göndərdiyimiz videoya baxın. Sizin proqralamlarda iştirak etməyə hazıram. Bu hadisəni dünya ictimayyətinə çatdırmaq istəyirik.
Günahsız insanların, qadın və uşaqların ölümünə son qoyulmalıdır. Bunu bütün dünyanın bilməsini istəyirik. Ədalət istəiyirik.
Ümüd edirəm mənim bu müracətimə biganə qalmazsınız.
Hörmətlə,
Firəngiz Bağırova, Azərbaycan-Niderland Odlar Yurdu cəmiyyətinin sədri.