Estoniyanın Milli Kitabxanasında kitab sərgisi keçirilib. Sərgini Ermənistanın Litvadakı səfirliyi təşkil edib. Sərgidə Azərbaycanın ərazi bütövlüyünü təhrif edən kitablar və xəritələr nümayiş olunub. Bunlara misal olaraq "Şimali Artsax" adlı kitabı və Gəncə-Qazax zonasını erməni ərazisi kimi göstərən xəritəni göstərmək olar. Bununla əlaqədar, Azərbaycanın Estoniyadakı səfirliyinin əməkdaşları və diaspor təşkilatlarının təmsilçiləri Milli Kitabxananın rəhbərliyi ilə görüşüblər. Görüşdə bir daha yada salınıb ki, Estoniya Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkələrdən biridir. Milli Kitabxananın rəhbərliyinə həmin vəsaitlərin sərgidən yığışdırılmasının zəruriliyi bildirilib. Göstərilən səylər nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təhrif edən kitablar sərgidən yığışdırılıb və Ermənistanı təmsil edən nümayəndələr bu əməllərinə görə üzr istəyiblər.
Sərgidə Azərbaycan diaspor təşkilatlarının, ayrı-ayrı soydaşlarımızın Milli Kitabxanaya hədiyyə etdiyi və qondarma "erməni soyqırımı"nın əsl mahiyyətini açan kitablar da nümayiş olunub.