Niderlandın Rotterdam şəhərində azərbaycanlılara məxsus “Qarabağ” İdman Klubu rəsmi qeydiyyatdan keçib. Klubun rəhbəri, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov bu münasibətlə fikirlərini bölüşüb:
“Qarabağ adını dünyanın hər bir yerində yaşatmaq borcumuzdu. Bu ad altında çalışmaq nə qədər şərəfli olsa da, bir o qədər də məsuliyyətlidi. Əsas məqsədimiz Niderlandda yaşayan bütün soydaşlarımızla bərabər Qarabağ adını tanıtmaqdı. Heç bir yaş fərqi olmadan hər kəs bizim klubda məşq edə bilər. Əsas istəyimiz odur ki, soydaşlarımız idmanla məşğul olsun, gənclərimiz bir-birini tanısın, bir-birinə dəstək olsunlar. Biz inanırıq ki, Niderlandda yaşayan bütün soydaşlarımız bu işdə bizə dəstək olacaq”.