“Təşəkkür günü” ideyasını ilk dəfə Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2015-ci ildə Qazaxıstan Xalqlar Assambleyasının XXII sessiyasında səsləndirib. İdeyanın mahiyyətini ölkədə yaşayan bütün millətlərin və etnosların qazaxlara təşəkkürlərini bildirmələri təşkil edir.
Şımkənt şəhərində bir həftə ərzində qeyd olunan “Təşəkkür günü”ndə repressiya qurbanlarının abidəsi önünə əklil qoyulub, xatirələri ehtiramla yad olunub. Bu barədə Qazaxıstandakı Dünya Azərbaycanlıları Konqresinin səlahiyyətli nümayəndəsi, Şımkənt şəhərinin Azərbaycan etnomədəniyyət mərkəzinin sədr müavini, M.Saparbayev adına Cənubi-Qazaxıstan Humanitar İnstitutunun ingilis dili müəllimi Arzu Qurbanova məlumat verib. Tədbir zamanı ona Şımkənt Akimatı Qazaxıstan Xalqlarının Assambleyasının vəsiqəsini təqdım edlib.
O, həmçinin “Xabar 24” telekanalına müsahibə verib və deportasiya edilən insanlara sığınacaq verən ailələrə minnətdarlığını çatdırıb.
Qeyd edək ki, 1937-ci ildə Qazaxıstan ərazisinə deportasiya olunan digər xalqların nümayəndələri arasında azərbaycanlılar da az olmayıb. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, ”Kurmet” Ordeni kavaleri Mehdi Məmmədovun dəstəyi ilə işıq üzü görən “ Tarixin qan yaddaşı” və “ Onları vətəndən məhrum etdilər” kitabları da həmin illərin kütləvi faciəsindən bəhs edir.
Arzu Qurbanova və Mehdi Məmmədov həmin nəsillərin davamçılarıdır.