Azərbaycan Respublikasının Fransadakı səfirliyinin təşəbbüsü ilə Bakıya gələn Azərbaycan Fransa Dialoqu Assosiasiyasının üzvü, Fransanın “Paris WİNNER” jurnalının baş redaktoru Vera Baudey (Bozinovic) Diasporla İş üzrə Dövlət Komitəsində olub, Azərbaycan diasporu, diaspor hərəkatının əhəmiyyəti, “Diaspor Gənclərinin I Yay düşərgəsi” barədə fikir mübadiləsi aparılıb. Vera Baudey rəhbərlik etdiyi jurnalda Azərbaycanla bağlı, təxminən, 20 səhifəlik materialın çap ediləcəyi ilə bağlı məlumat verib. Bildirilib ki, “Paris WİNNER” jurnalında Azərbaycan haqqında materialın yer alması ölkəmizin tanıdılması baxımından əhəmiyyətlidir.