Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) ictimai birliyinin təşəbbüsü ilə başladılan Xocalı Faciəsini Qınama Bəyanatını iki həftə ərzində 100 nəfər elm adamı imzalayıb. Kampaniyanın məqsədi Türkiyənin akademik dairələrinin diqqətini Xocalı faciəsinə yönəltmək, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün bərpası üçün dünya ictimaiyyətinə çağırış etməkdir.
Kampaniyanın aparılması məqsədi ilə birliyin tərkibində xüsusi işçi qrup yaradılıb və yüzlərlə universitet müəllimi ilə əlaqə saxlanılıb. Xocalı faciəsininin bütün dünya ictimaiyyətinin ortaq dərdi olduğu düşüncəsinə şərik çıxan 100 nəfər profesor və dosent bəyanatı imzalayaraq Xocalı sakinlərinin yanında olduqlarını, insanlıq əleyhinə törədilən cinayətləri lənətlədiklərini ifadə ediblər.
Qeyd edək ki, kampanyanın il ərzində davam etdirilməsi nəzərdə tutulur.