Kanadanın paytaxtı Ottava şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Qarabağ - Azərbaycan dili məktəbinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş sərgi təşkil olunub.
Ontario vilayətinin tarixi Karlton Universitetində təşkil olunmuş sərgidə Xocalı həqiqətlərini əks etdirən fotolar, faciədən bəhs edən kitab, jurnal və digər çap məhsulları nümayiş etdirilir.
Fevralın 23-dən açıq elan olunan sərgi bir neçə gün davam edəcəkdir.