Diasporla İş üzrə Dövlət Komitəsində BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai ilə görüş keçirilib.
Dövlət Komitəsinin sədri qonağı salamlayaraq Azərbaycan diasporunun fəaliyyətindən və son dövrlər görülən işlərdən danışıb.
Qonaq Koordinasiya Şuralarının fəaliyyətə başlaması, infoqrafik diaspor xəritəsinin hazırlanması, Komitənin nəzdində ixtisaslaşmış internet media orqanlarının yaradılması kimi məsələlərin müsbət olduğunu qeyd edərək, BMT tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.
Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə edilib.