Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyində “Ruhlandıran söhbətlər” adlı diskussiya təşkil edilib. Tədbiri Britaniyada yaşayan Azərbaycanlı Qadınlar Assosiasiyası təşkil edib və ilk qonaq soydaşımız Leyla Novruzova olub. Leyla Novruzova 2018-ci ildən etibarən BP-nin London ofisində Qlobal Biznes Xidmətlərində İnsan Resursları üzrə direktor vəzifəsində çalışır. Müzakirələr zamanı o, karyerasının ilk günlərindən bugünədək olan təcrübəsini bölüşüb, iş həyatının çətin və eyni zamanda, maraqlı tərəflərindən, insan resursları sahəsinin özəlliklərindən bəhs edib.