Sankt-Peterburqda 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələrə həsr olunmuş tədbir keçirilib. Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişоv tərəfindən təşkil olunan tədbirdə şəhidlərin ruhu ehtiramla yad edilib, dualar oxunub. Anım mərasimində Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov, soydaşlarımız, Sankt-Peterburqdakı Qazax və Çeçen diasporunun nümayəndələri, Çin Mədəniyyət Mərkəzinin sədri və digər milli-mədəniyyət birliklərinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə Bakıda 29 il əvvəl baş verən dəhşətli hadisələrin tarixi xronologiyası verilib, hadisələrə dair fikirlər səslənib. Çıxış edənlər 20 Yanvar faciəsini Azərbaycanın qanlı və şərəfli tarixi adlandırıblar.