İslandiyanın Akureyri şəhərində də soydaşlarımız Azərbaycan tarixinin şərəfli səhifəsi olan 20 Yanvarla bağlı toplantı keçirib. Toplantıda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. “Azeri” İslandiya-Azərbaycan Cəmiyyətinin təşkil etdiyi anım tədbirində cəmiyyətin sədri Zakir Con Həsənov azərbaycanlıların tarixi qəhrəmanlıqlarından danışıb və 20 Yanvar faciəsi ilə bağlı təəssüratlarını bölüşüb.
Daha sonra çıxış edənlər 20 Yanvarı Azərbaycan tarixinin şərəfli və qanlı səhifəsi kimi xarakterizə edərək, şəhidlərin heç zaman unudulmayacağını qeyd ediblər.