Benilüks Azərbaycanlıları Konqresi (BAK) Hollandiyanın Rotterdam şəhərində “Qanlı Yanvar” faciəsinin 29-cu ildönümünə həsr edilmiş anım tədbiri təşkil edib. Şəhidlərin xatirəsinin ehtiramla anıldığı tədbirdə cıxış edən Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov qeyd edib ki, bu qanlı cinayət azərbaycanlıların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa öz dövlət müstəqilliyinə qovuşub. Qeyd olunub ki, 20 Yanvar faciəsində həlak olanlar xalqın qəhrəman övladlarıdır.
Azərbaycan Respublikasının Niderlanddakı Səfirliyinin müvəqqəti işlər üzrə vəkili Cəlal Mirzəyev, Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov və digərləri çıxış edərək o müdhiş gecədə Vətən övladlarının göstərdiyi fədakarlıqlardan danışıblar.