“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin “Nil Mədəniyyət” dövlət televiziya kanalının "Mənim gecəm" proqramının qonağı olub. S.Nəsirov bu gün 50 milyondan çox olan azərbaycanlıların sadəcə 10 milyonunun müstəqil Azərbaycan dövlətinin ərazisində yaşadığını qeyd edib, Gülüstan və Türmənçay müqavilələri ilə Azərbaycanın iki yerə bölündüyündən danışıb.
Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasından və hər il dekabrın 31-ni dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd etmələrindən söhbət açıb.
Daha sonra S.Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan danışaraq, ölkəmizin müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmasından və burada əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşmasından bəhs edib.
Verilişdə Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub.