Uzun illərdir ki, Niderlandda yaşayan həmyerlimiz, Niderlandda fəaliyyət göstərən ”Connect”(Konnekt) təşkilatının sədri, Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov Azərbaycanla bağlı, xüsusilə Dağlıq Qarabağ mövzusunda yaşadığı ölkənin mətbuatında davamlı olaraq çıxışlar edir.
Bu günlərdə həmyerlimiz yerli SD (Schouwen Duiveland) radiosunda, GeertJan de Bruijnenin aparıcısı olduğu “Te Gast Bij….ROSD” proqramının qonağı olub.
Bir saatlıq proqramda Azərbaycan musiqiləri - “Küçələrə su səpmişəm,” Üzeyir Hacıbəylinin “Arazbarı”sı, əməkdar artist Röya Ayxanın ifasında bir mahnı, Maestro Ceyhunun, Ənvər Sadıqovun ifasında musiqi nömrələri və “Sarı gəlin” maqhnısı səsləndirilib. Həmyerlimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, Sovet istilasından və xalqımızın 1988-ci ildən başlayan azadlıq mücadiləsindən, eləcə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən ətraflı söhbət açıb.
Proqram boyunca Azərbaycandakı Alban kilsələri, İçəri şəhər və digər tarixi abidələr barədə də geniş söhbət açılıb. Həmçinin Azərbaycanın gözəl və füsünkar təbiətindən danışan Vüqar Abbasov niderlandlı turizm həvəskarlarını ölkəmizə dəvət edib. Bununla yanaşı, soydaşımız ölkəmizdəki tolerant mühitdən, milli mətbəximizdən də danışıb.
Proqramda “Konnekt” təşkilatının yaxın gələcək üçün proqramı barədə də məlu¬mat verilib. Azərbaycanla bağlı söhbət Güney azərbaycanlı soydaşımız Parisa Arsla¬ninin ifasında “Sarı gəlin” mahnısı ilə sona çatıb.