31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Türkiyənin Antalya şəhərində qeyd edilib. Bununla əlaqədar olaraq, Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən möhtəşəm tədbir təşkil edilib.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsindən sonra hər iki ölkənin incəsənət ustalarının ifaları dinlənib, şeir və müxtəlif rəqs nümunələri, azərbaycanlı tələbələrin hazırladığı video-çarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər 31- Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi və dünya azərbaycanlılarının həyatında oynadığı mühüm roldan danışıblar.
Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Çingiz Qədimli çıxış edərək, bü cür tədbirlərin dünyanın harasında olmasından asılı olmayaraq, birlik və həmrəylik, qardaşlıq bağlarını inkişaf etdirmək və gələcək nəsillərə ötürmək baxımından əhəmiyyətini qeyd edib. Tədbir bədii hissə ilə davam etdirilib.