Diasporla İş üzrə Dövlət Komitəsində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok ilə görüş keçirilib. Dövlət Komitəsinin şöbəsinin müdiri Vüqar Məmmədov qonaqları salamlayaraq Komitənin fəaliyyət istiqamətləri, xarici ölkələrdə yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti barədə məlumat verib. V. Məmmədov xaricdəki azərbaycanlı icmalara milli kimliklərini qorumaq, hüquqlarının müdafiəsi, yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiya sahəsində Dövlət Komitəsinin dəstəyini vurğulayıb. Qeyd olunub ki, Dövlət Komitəsi beynəlxalq təşkilatlar, digər xalqların diaspor təşkilatları, diaspor sahəsində fəaliyyət göstərən qurumlarla qarşılıqlı əlaqələrin qurulmasında maraqlıdır.
Koreya və Azərbaycanın tarixində oxşar cəhətlərin olduğunu qeyd edən xanım Park Kumok Komitə ilə əməkdaşlıq istiqamətləri barədə fikirlərini bildirib. P.Kumok diaspor sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, KOİCA-nın fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə məlumat verib.