Azərbaycan Respublikasının İsveçdəki Səfirliyinin Stokholm şəhərində yerləşən binasında diaspor təşkilatlarının toplantısı keçirilib. Toplantıda müxtəlif təşkilatları təmsil edən nümayəndələr iştirak edib.
Təşkilat nümayəndələri 2019-cu il üçün fəaliyyət planlarını açıqlayıb, görüləcək işlərlə bağlı müzakirələr aparıb, gələcəkdə birgə həyata keçiriləcək layihələr haqqında fikirlərini bölüşüb və müəyyən təkliflər səsləndiriblər.
Növbəti toplantının 2019-cu il yanvarın 6-da keçirilməsi qərara alınıb. Həmin toplantıda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərin müzakirəsi və digər məsələlərlə bağlı təkliflərə daha detallı baxılması nəzərdə tutulur.