Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar, Misirin beş milyon əhalisi olan Qalubiyyə əyalətinin Qanatir şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkı ziyarət olunub. Azərbaycanın Misirdəki Səfirliyinin əməkdaşları, “Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, burada yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, Qanatir şəhərinin meri və nümayəndələri, KİV təmsilçiləri, əvvəlcə sözügedən parkda yerləşən mədəniyyət və təhsil ocağını ziyarət edib, orada qurulan Azərbaycan və Heydər Əliyev güşələri ilə tanış olublar.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir Dostluq parkında ucaldılmış heykəlini ziyarət edib, abidənin önünə əklil və gül dəstələri düzüblər.
Tədbidə ümummilli liderin Azərbaycan tarixində əvəzsiz rolu, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyi diqqətə çatdırılıb. Həmçinin, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanaraq, əlaqələrin daha da inkişafı üçün səylərin davam etdirildiyi bildirilib.