Ukraynada Azərbaycanın diaspor təşkilatlarının birgə fəaliyyətinin təşkili məqsədilə yaradılmış İşçi qrupun növbəti iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəblinin də iştirak ilə işçi qrup birinci mərhələdə öz işini yekunlaşdırıb.
İclasda diaspor təşkilatlarının birləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətləri, birləşmə qurultayının keçirilməsi ilə bağlı təqribi vaxt, birgə fəaliyyət mexanizmləri, qurultayda səsvermənin keçirilməsi qaydaları barədə ilkin razılığa gəlinib.
Xatırladaq ki, Ukraynada fəaliyyət göstərən və aralarında uzun müddət fikir ayrılıqları müşahidə olunan diaspor təşkilatları, Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinin bu ölkəyə 17-19 iyul 2018-ci il tarixdə səfəri zamanı, birgə fəaliyyət barədə qərar qəbul ediblər.