Kanadada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları erməni təxribatının qarşısının alınması istiqamətində son dərəcə həssaslıq və fəallıq göstərir. Bu istiqamətdə ardıcıl işlər aparır. Bütün bunların davamı olaraq, soydaşlarımız 16 diaspor təşkilatını özündə birləşdirən Kanada Azərbaycan Təşkilatları Assambleyası adından etiraz məktubu – Bəyanat hazırlayaraq, Toronto şəhər meri, Toronto şəhər müşaviri və digər 15-ə yaxın ünvana göndəriblər.
Bəyanatda deyilir, çoxmədəniyyətli, multikultural Kanada cəmiyyətində Azərbaycan mədəniyyəti və incəsənətini fəal şəkildə təbliğ edilir. Toronto şəhərində Müqəddəs Məryəm Apostol Kilsəsində (45 Hallcrown Pl, North York, ON M2J 4Y4) və Erməni Gənclər Mərkəzi (50 Hallcrown Pl. North York, ON M2J 1P6) 1990-cı illərdən erməni ordusu tərəfindən işğal olunmuş, beynəlxalq səviyyədə Azərbaycan Respublikası ərazisi olaraq tanınan Qarabağ ərazisində qondarma "dövlətin" adını təmsil edən "bayraq" Azərbaycanlıların diqqətini çəkmişdir. Bu məsələyə etiraz edən cəmiyyət üzvlərinin əksəriyyəti əslində, Ermənistanın hərbi qüvvələri tərəfindən işğal olunduqdan və eyni zamanda azərbaycanlı əhalisinin etnik təmizləməsindən sonra törədilmiş qırğın və ya işğal nəticəsində Qarabağ bölgəsindən Kanadaya köçmüş Azərbaycan əsilli Kanadalılardır. Hal-hazırda bu insanlar kilsə və Gənclik Mərkəzinin yaxınlığında yaşayırlar və hər səhər işləmək üçün bu "bayraqların" önündən keçməlidirlər. Qeyd edək ki, bu simvol / “bayraq” insanlığa qarşı qəsdən törədilmiş cinayəti, soyqırımı təmsil edir!
Erməni silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün beynəlxalq hüquqi və mənəvi normaları pozaraq, erməni ağır hərbi texnikası ilə azərbaycanlılara hücum edib. Xocalı şəhərinin mülki əhalisini görünməmiş qəddarlıqla öldürməklə, insanların bədənlərinə xüsusi amansızlıqla xəsarətlər yetirməklə (hamilə qadınların qarınlarının deşilməsi kimi), şəhəri və insanlarını yerlə yeksan ediblər. Bütün bu vəhşiliklər növbəti gün səhər saatlarında bölgəyə gedən jurnalistlər tərəfindən canlı şəkillərdə və videolarda tarixə həkk olunmuşdur. Bir qaranlıq gecənin içində, ümumilikdə 613 nəfər azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl insan öldürüldü.
Biz qəsdən törədilmiş erməni vəhşiliyini, cinayətlərini göstərən sadəcə bir şəhər haqqında bəhs edirik və bu, bir neçə ildən sonra atəşkəs haqqında müqavilə bağlanan zamana qədər beləcə də davam etdi.
Diqqətinizə çatdırmaq istərdik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib (822, 853, 874 və 884) və altı bəyanat verib. Həmin qətnamə və bəyanatların hər biri Dağlıq Qarabağ bölgəsinin və Azərbaycanın qonşu ərazilərinin işğalını qınayır, işğalçı qüvvələrin Azərbaycan Respublikasının ərazisindən çıxarılmasını və hərbi əməliyyatların dayandırılmasını tələb edir.
Qondarma "Qarabağ dövləti" beynəlxalq səviyyədə tanınmadığını nəzərə alaraq, Toronto şəhərinin bu istiqamətdə hərəkət etməli olduğuna inanırıq. Biz, Azərbaycan-Kanada Cəmiyyəti olaraq, Kanada kimi bir ölkədə belə ədalətsizliyin baş verməsinə qəti şəkildə etiraz edirik. Ona görə də, işğalçı Ermənistan Silahlı Qüvvələrinin “bayrağı” şəklində təhqiredici simvolun endirilməsini xahiş edirik.
Bu mövzuda anlayışınız və dərhal diqqətinizə görə təşəkkür edirik.