Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı-Bruklin Dostluq Assosiasiyası, Azərbaycan və Qafqaz Yəhudi Soydaşlarının ABŞ-dakı Mədəniyyət Fondu (AZZEM), Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin birgə səyləri ilə təşkil edilib.
Klassik piano ifaçısı Nərgiz Əliyarova konserti açaraq, dinləyiciləri bəstəkarın yaradıcılığı və musiqi nailiyyətləri ilə tanış edib. Daha sonra Bakı-Bruklin Dostluq Assosiasiyasının Prezidenti Marietta Rozental çıxış edərək konsert təşkilatçılarına öz təşəkkürünü bildirib.
Təbdirdə klassik piano ifaçısı Nərgiz Əliyarova və Kamilla Məmmədova, skripka ifaçısı Azər Dəmirov, violonçel ifaçısı Kristin Lamprea, bəstəkar və caz ifaçısı Ruslan Ağababayev caz ansamblı ilə birlikdə dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.
Konsertdə dahi bəstəkarın Azərbaycan klassik musiqi tarixində özünəməxsus yerə malik "İldırımlı yollarla" və "Yeddi gözəl" baletləri, “Vətən” operası, "Don Kixot" simfonik qravürlərindən hissələr, prelyudiya və romanslar səsləndirilib.