Beynəlxalq Münasibətlər və Strateji Analizlər Mərkəzinin (TÜRKSAM) baş katibi, Türkiyə-Azərbaycan Dərnəyinin sədr müavini A. Gencehan Babis, bu yaxınlarda Azərbaycan səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Babiş, Türkiyə-Azərbaycan arasında ikitərəfli əlaqələr, paytaxt Bakı küçələrindəki müşahidələri, gəldiyi qənaətlər, Qarabağ münaqişəsi, iki ölkə arasındakı nəhəng layihələrlə bağlı qonağı olduğu TRT-nin “Radyo Ajansı” proqramında fikirlərini bölüşüb.
Babiş "iki dövlət bir millət" anlayışının münasibətlərimizin əhatə dairəsini təşkil etdiyini qeyd edərək, Türkiyə və Azərbaycan əlaqələrinin dünyada başqa iki ölkə arasında mövcud olmayan xüsusi imtiyaza malik olduğunu qeyd edib. O, "Türkiyə və Azərbaycanın iki qardaşdan da üstün əkiz qardaşlardır. Azərbaycan və Türkiyə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin “iki dövlət bir millət” olaraq, xarakterizə etdiyi iki qardaş ölkədir. Dünyadakı digər ölkələr arasındakı ikitərəfli əlaqələrə diqqət yetirsək Türkiyə və Azərbaycan əlaqələrinə bərabər və onun qədər yüksək səviyyədə olan əlaqələr görmürük. Bunun üçün də Türkiyə və Azərbaycanı mən iki qardaşdan üstün əkiz qardaşlar olaraq qiymətləndirilməsini daha doğru hesab edirəm. " deyə qeyd edib.
Gencehan Babiş Azərbaycanda bütün sahələrdə inkişaf proseslərininin uğurla getdiyini qeyd edərək, böyük iqtisadi inkişafın ölkənin hər bir küçə və prospektində müşahidə olunduğunu xüsusi qeyd edib. "Türkiyədən gəldiyiniz üçün onsuz da heç bir qəribçilik çəkmirsiniz və insanların sizi bağrına basdığını görürsünüz. Taksi sürücüsü Türkiyədən gəldiyinizi söylədiyinizdə pul belə almır. Küçədə Türk olduğunuz məlum olduğu təqdirdə isə, insanlar evlərində sizi qonaq etmək istəyirlər. Bu işin ictimai miqyasıdır ... Əlbəttə ki, ikitərəfli siyasi münasibətlərin yüksək səviyyədə olması da çox vacibdir. İqtisadi əlaqələr, xüsusilə də Bakı-Tiflis-Qars dəmir yolunun açılışı və TANAP kimi böyük layihəninin həyata keçirilməsi tarix, dil və etnik yaxınlıqdan yaranan əlaqələri daha da inkişaf etdirdi”.
Qarabağ münaqişəsinə toxunan qonaq Qarabağın erməni işğalından azad edilməsi üçün gənclərin gözündə parlaq bir inam gördüyünü vurğuladı. “Azərbaycan torpaqlarının 20 faizi beynəlxalq hüquqa zidd olaraq işğal altındadır. Bilirik ki, Azərbaycan ordusu erməni ordusundan daha güclüdür. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş tədbirdə bu nümayiş etdrildi. Xalqın Qarabağın hərbi güclə alınacağına inanması son dərəcə yüksəkdir. Azərbaycanda xalqın mübarizə əzmi, xüsusilə gənclərinin Qarabağın işğaldan azad edilcəyinə inamları gözlərindən oxunur və bununla bağlı mübarizə aparmaq istəyi yüksək səviyyədədir. Hesab edirəm ki, çox vacib bir məsələdir" deyə qeyd edib.