Yunanıstanın Saloniki şəhərində keçirilən 34-cü Beynəlxalq Turizm Sərgisində (Philoxenia) Azərbaycan turizmi təqdim olunub. Azərbaycanın Yunanıstandakı Səfirliyi, “QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Turizm Bürosu EXPO sərgidə Azərbaycan Turizm stendinin təşkilatçıları qismində çıxış edib. Təşkilatçıların verdiyi məlumata görə, Azərbaycan Respublikası Yunanıstanda yeni turizm məkanı kimi tanınmağa başladığı üçün hazırda regiona maraq çox böyükdür.
Azərbaycan turizm stendi yerli ictimaiyyətin çoxsaylı nümayəndələri, soydaşlarımız və qonaqlar tərəfindən ziyarət edilib. Ziyarətçilərə Azərbaycan haqqında, ölkəmizin turizm imkanları barədə geniş məlumatlar verilib.