Kanada Azərbaycanlıları Assosiasiyası Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılması ilə əlaqədar beynəlxalq qurumlara Kanadada yaşayan soydaşlarımız adından etiraz məktubu göndərib. Məktubda qeyd olunur ki, Azərbaycanın müstəqilliyini tanıyan, ATƏT-in üzvü olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səy göstərən Amerika Birləşmiş Ştatlarında Merilən prospektinə tanınmamış qondarma rejimin adının verilməsi beynəlxalq hüquq normalarına ziddir. Məktubda Kanadadakı Azərbaycan icması Ermənistan və Azərbaycan arasındakı münaqişəni nəzərə alaraq ABŞ hökumətindən neytral mövqe nümayiş etdirməsini tələb edir.