Polşada Azərbaycanlı Gənclər Şurası ABŞ-ın bu ölkədəki Səfirliyinə Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılması ilə bağlı etiraz məktubu göndərib. Şura üzvlərinin imzası ilə təqdim olunan məktubda Qarabağın Azərbaycanın əbədi və əzəli torpağı olduğu vurğulanır. Bildirilir ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına çağırışla bağlı BMT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və bəyanatlara baxmayaraq, Kaliforniya ştatında belə bir addımın atılması ciddi təəssüf doğurur.