Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Diasporla İş üzrə Dövlət Komitəsinin müraciəti əsasında xaricdə yaşayan soydaşlarımıza 319 ədəd kitab hədiyyə edib. Bu kitablar əsasən dünya və Azərbaycan ədəbiyyatı, Qarabağın tarixi kimi mövzuları və xalqımızın folklor nümunələrini əhatə edir.
Qeyd edək ki, Dövlət Komitəsinə müraciət edən soydaşlarımız və diaspor təşkilatları Azərbaycan dilində latın qrafikası ilə yazılmış kitabların əldə olunması üçün kömək göstərilməsini xahiş ediblər. Dövlət Komitəsi isə bu məqsədlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasına müvafiq müraciət ünvanlayıb və qısa müddətdə müsbət cavab alıb.
Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Dövlət Komitəsinin nümayəndələrinə təqdim edilən kitabların yaxın vaxtlarda soydaşlarmıza çatdırılması nəzərdə tutulur.