Türkiyənin İstanbul şəhərində “İlham Əliyev Dövründə Azərbaycan-Türkiyə Əlaqələri” adlı kitab nəşr edilib. Azərbaycan Respublikasının müstəqillik günündə - oktyabr ayının 18-da isə Anadolunun ən böyük Kitab və Mədəniyyət sərgisində kitabın imza günü keçiriləcək. Prezident İlham Əliyevin 15 illik fəaliyyəti dövrünə həsr edilən kitabın müəllifi Kahramanmaraş Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Tural Şahbazlıdır.
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründən hal-hazıradək Azərbaycan-Türkiyə əlaqələrindən bəhs olunur, İlham Əliyevin prezidentliyi dövründə bu münasibətlərin daha da inkişaf etdiyi vurğulanır.
Qeyd edək ki, kitabın satışından əldə olunan gəlirlə Kahramanmaraş şəhərində təhsil alan azərbaycanlı tələbələrə təqaüd veriləcək.