Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətənləri ilə əlaqələrinin gücləndirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Mahiyyət baxımından maraqlı olan layihələrin məqsədi oxşar olsa da, məzmunca bir-birindən fərqlidir.
Bu günlərdə Dövlət Komitəsi daha bir layihəyə start verdi. Bu layihə əsasında bütün dünya “Sabahın xeyir Azərbaycan” deyəcək.
Artıq videolayihəyə start verilib. Hər səhər müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, xüsusilə gənclər videoçarxlar vasitəsilə Vətəni - Azərbaycanı salamlayacaq.
Diaspor gənclərinin böyük marağına səbəb olan videosalamları Komitənin rəsmi sosial şəbəkə (https://www.facebook.com/AzDiaspora/, https://twitter.com/DiasporaAz, https://www.instagram.com/diasporaaz/) ünvanlarından və Diaspor TV-dən izləyə bilərsiniz.